Qadağa götürüldü! Ukraynaya tank tədarükü…

Almaniya hökumətinin qərarından sonra Ukraynaya tank tədarükü ilə bağlı vəziyyət kəskin şəkildə dəyişib.

ONN media xəbər verir ki, Almaniyanın Ukraynaya tank tədarükünün ardı ilə 12 Avropa İttifaqı dövləti Ukraynaya tank tədarük etmək niyyətini rəsmən bəyan edib. Almaniyadan başqa bunlar Finlandiya, Danimarka, Polşa, Hollandiya, Portuqaliya, İspaniya, Norveç və bir sıra başqa ölkələrdir.