Qar uçqunu nəticəsində 57 NƏFƏR ÖLDÜ

Pakistanın Azad Kəşmir bölgəsində qar uçqunu azı 57 adamın həyatına son qoyub, 42 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

ONN media xəbər verir ki, Cammu və Kəşmir bölgəsində isə doqquz adam ölüb. Təbii fəlakət nəticəsində Hilam vadisində 45 ev dağılıb, yaralananlar var.

Qonşu Əfqanıstanda da vəziyyət ürəkaçan deyil, bazar günündən bu yana təbii fəlakət nəticəsində 39 adam həyatını itirib.