Qarabağda daha bir erməni əsgər öldü

Ermənistan ordusu Qarabağda itki verib.

ONN media saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağın şimal-şərq istiqamətində ötən gün əsgər Vaçe Çilingəryanın cəsədi aşkarlanıb. Onun üzərində güllə yarasının olduğu bildirilir.

Hadisənin detallarını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.