Qarabağda davamlı sülhə nail olmaq üçün… – Ərdoğan

Qarabağda davamlı sülhə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk.

ONN media  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.

“Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinə dəstək verdik. Dağlıq Qarabağda işğalın bitməsi üçün apardıqları mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olduq”, – Ərdoğan bildirib.