ONN İnformasiya Agentliyi

Qarabağda erməni əsgəri ağır yaralandı

Qarabağda erməni əsgəri ağır yaralandı
21 Yanvar 2018 - 12:22

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində erməni əsgəri yaralanıb.

ONN media xəbər verir ki, bu barədə “news.am”a Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan məlumat verib. Onun sözlərinə görə, erməni əsgəri hündürlükdən yıxılaraq xəsarət alıb.

Yaralı əsgər xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin təfərrüatı araşdırılır. Sosial şəbəkələrdə yayılan məlumata əsasən, Ernest Ovanisyan Ermənistan ordusuna xidmətə ötən həftə çağırılıb. Onun yıxılması barədə isə müxtəlif fikirlər səsləndirilib.

Qeyd edək ki, son dövrlər erməni hərbçiləri arasında hərc-mərclik, qarşıdurma sürətlə davam edir. Bir çox hallarda isə erməni əsgərlər arasında zorakılıq, homoseksuallıq hallarının geniş vüsət alması barədə elə erməni mətbuatı özü xəbərlər paylaşır. Bundan əlavə, əsgərlər arasında intihar halları da geniş vüsət alıb. Bu səbəbdən də, Ermənistanda hərbi xidmətdən yayınma halları çoxalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png