“Qardaş Köməyi” platforması Türkiyəyə yenə yardım göndərdi

Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə yaradılmış “Qardaş Köməyi” platforması fəaliyyətini davam etdirir.

ONN media Platformanın rəhbəri Rəşad Cabirliyə  istinadən xəbər  verir ki, bu gün “Qardaş Köməyi” platforması üzərindən icra hakimiyyətləri tərəfindən təqdim edilən 11 tır, 26 konteyner Qardaş Türkiyəyə yola salınıb.

Yola salma tədbirində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak etmişdi.

Xatırladaq ki, özündə çoxsaylı təşkilatı birləşdirən “Qardaş Köməyi” platforması Bakıda təsis edilib.