Qasparyanın ŞUŞA ETİRAFLARI: Paşinyan “İsgəndər”i qadağan etmişdi

Paşinyan “İsgəndər”in Azərbaycana qarşı istifadəsini qəti şəkildə qadağan etmişdi.

ONN media  xəbər verir ki, bunu Rusiyanın erməni əsilli məşhur media maqnatı Aram Qabrelyanov özünün “Teleqram” kanalında yazıb.

O, təxminən bir ay əvvəl Moskvada Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyanla mürəkkəb və uzun söhbət apardığını qeyd edib: “ “İsgəndər” mövzusu gündəmdə olduğu üçün sizə deyim: hər şeydən bəhs edə bilmərəm. Amma Nikol bu misilsiz silahın mövzusunu açdığından, Onikin dediklərindən, sözün əsl mənasında, sitat gətirəcəyəm, sonra özünüz qərar verin”.

“Müharibənin üçüncü günü ordunun baş qərargah rəisi olaraq “İsgəndər”dən iki strateji hədəfə qarşı istifadə etməyə qərar verdim. Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir başqası. Paşinyan qəti şəkildə qadağan etdi. Baxmayaraq ki, ruslar açıq şəkildə “sizin işiniz və müharibənizdir” söyləmişdi. Şuşanın alınmasından üç gün əvvəl Paşinyandan şəhərin ətəyində çox sayda “düşmənin canlı qüvvəsini iki “İsgəndər”lə vurmaq üçün icazə istədim. Paşinyan “bir anda bir neçə min düşmən əsgərini öldürsək, dünya birliyi bizə lənət edəcək” dedi və qəti şəkildə qadağan etdi. Mənə yalnız “İsgəndər”dən Şuşada istifadə etməyə icazə verildi. Mən tətbiq etdim. Bundan istifadə edib şəhərə bir neçə tank gətirməyi bacardıq. İki gün sonra mənə bir əmr gəldi – Şuşadan geri çəkilmək”.

Xatırladaq ki, N.Paşinyan yerli mətbuata müsahibəsində “İsgəndər” taktiki raket komplekslərinin işləmədiyindən və döyüş başlıqlarının partlamamasından danışmışdı.(publika.az)