Qatarlar TOQQUŞDU-Yaralananlar var

ONN media xəbər verir ki, Almaniyanın Duysburq şəhərində metro qatarlarının toqquşması nəticəsində azı 35 nəfər zərər çəkib. 

Bu barədə Rheinische Post yerli yanğınsöndürmə xidmətinə istinadla bəyan edib.

«Hər şey qismən yaxşı qurtarıb. İnsanlar yıxıldıqlarına görə travma alıblar», – deyə qəzetə bildirilib.

Hadisə şəhərin şimal hissəsində Mayderix rayonunda baş verib. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin səbəbləri araşdırılır.