Qeyri-iş günləri bu tarixə qədər uzadıldı – SON DƏQİQƏ

Rusiya Prezidenti Vladimir Putin koronavirus epidemiyası səbəbindən ölkədə qeyri-iş günlərinin aprelin sonuna qədər uzadıldığını elan edib.

ONN media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Virusoloqların fikrincə, dünyada, həmçinin ölkəmizdə epidemiyanın pik dövrü hələ ki, başa çatmayıb. Bu səbəbdən qeyri-iş günlərinin müddətini ayın sonuna qədər uzatmaq barədə qərar qəbul etmişəm”, – deyə dövlət başçısı müraciətində bildirib.

Putin, həmçinin qeyri-iş günlərində maaşların ödəniləcəyini vurğulayıb. Bununla yanaşı, Rusiya Prezidenti koronavirusla bağlı vəziyyətin yaxşıya doğru dəyişəcəyi təqdirdə qeyri-iş günlərinin müddətinin azaldılacağını da istisna etməyib.