ONN media

Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü

Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
09 Oktyabr 2019 - 16:18

ONN media xəbər verir ki, Qırğızıstan Respublikasının prezidenti Sooronbay Jeenbekov Beynəlxalq Türk Akademiyasının (TWESCO ) prezidenti Darxan Kıdıralı ilə görüşüb. Görüşdə Türk Aademiyasının professoru Kıdıralı Konkobayev də iştirak edib. Qırğız prezidentinin iqamətgahında baş tutan İkitərəfli görüşdə təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlıq müzakirə olunub.

Qırğız prezidenti Türk Akademiyasına “Manas” dastanının dünyada yayılması 2018-ci ildə Çingiz Aytmatovun 90 illiyi və münasibəti ilə keçirdiyi tədbirlərə görə minnətdarlıq edib.

Soooronbay Jeenbekov Akademiyanın türk irsinin və elminin , türk tarixinin araşdırılmasında apardığı gərgin əməyi və təhqiqatları yüksək qiymətləndirib. Akademiyanın dünyanın müxtəlif ölkələrində keçirdiyi seminar, simpozim və konfranların türk irsinin və elminin tədqiqində böyük əhəmiyyəti olduğunu bildirib. Qeyd edib ki, TÜRK DÖVLƏTLƏRİ İLƏ akademiya arasındakı mədəni-humanitar əməkdaşlığın dövlətlər arasındakı münasibətlrin yüksəlməsində müstəsna rolu vardır. Qırğız dövlət başçısı eyni zamanda Yusub Balasaqunun Kudadqu Bitik əsərinin 950 illik yubileyi münasibəti ilə noyabr ayında beynəlxalq konfrasın keçiriləcəyini bildirib.

Beynəlxalq Türk Akademiyasının (TWESCO ) prezidenti Darxan Kıdıralı Akademiyanın bbarədə geniş məlumat verib, bu günə qədər gördüyü işlər, keçirdiyi beynəlxalq simpozium və konfranslar, beynəlxalq ekspedisiyalar eyni zamanda Akademiya tərəfindən Qırğızıstanda və üzv ölkələrdə keçirəcəkləri tədbirlər haqqında danışıb.

Qeyd edək ki, 2018-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlını Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png