Qırğızıstan hökuməti istefaya getdi

Qırğızıstan hökuməti istefaya gedib.

ONN media  xəbər verir ki, Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Joqorku Keneşin sədri (parlamentin sədri – red.) Talant Mamıtov Qırğızıstan Respublikası Baş naziri və Qırğız Respublikası Hökumətinin səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.

Hökumətə rəhbərlik edən Sadir Japarov 10 yanvar prezident seçkilərinin rəsmi nəticələri dərc edildikdən sonra Nazirlər Kabineti rəhbərliyindən istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, o, ölkədə keçirilən növbədənkənar prezident seçkilərində ilk turda 79,2% səslə qalib gəlib.

Sərəncam əsasında hökumət üzvləri qanuna uyğun olaraq yeni Nazirlər Kabineti formalaşana qədər vəzifələrini icra edəcəklər.