ONN İnformasiya Agentliyi

Qırğızıstan prezidenti istefa verəcək – BU ŞƏRTLƏ…

Qırğızıstan prezidenti istefa verəcək – BU ŞƏRTLƏ…
09 Oktyabr 2020 - 10:36

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov vaxtının keçdiyini hiss etdiyinə görə könüllü istefaya razı olub.

ONN media xəbər verir ki, bu barədə ölkənin keçmiş Baş naziri Temir Sarıyev bildirib.

Onun sözlərinə görə, prezident könüllü olaraq istefaya hazırdır, lakin müəyyən şərtləri var:

“Hələlik Sooronbay Jeenbekov prezident kimi fəaliyyətdədir. Onun şərtləri bunlardır – hökumətin istefasını qəbul edəcək, Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı fərman imzalayacaq”.

Siyasətçi qeyd edib ki, bu tənzimləmədən insanlar razı qalacaq.

“Əgər bu edilməzsə, qanuni çərçivədən kənara çıxacağıq. Xalq bunu qəbul edəcək. Hökumət təşkil edilmədən yaşaya bilmərik. Ölkəni küçə qaydaları idarə edə bilməz”, – deyə o əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png