ONN İnformasiya Agentliyi

Qırğızıstanda 4 müəllim və 100-ə yaxın məktəbli dəm qazından zəhərlənib

Qırğızıstanda 4 müəllim və 100-ə yaxın məktəbli dəm qazından zəhərlənib
28 Dekabr 2017 - 16:10

Qırğız Respublikasının şimalında yerləşən Keget kəndində yüzə yaxın məktəbli və 4 müəllim dəm qazından zəhərlənib.

ONN media “Report”-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

İnformasiyaya əsasən, Çuy vilayəti Kəget kəndində 7-8-ci sinif şagidrləri təhsil aldıqları məkətbin idman zalında diskoteka təşkil ediblər. Tədbir zamanı elektrik enerjisi kəsildiyindən generatorundan istifadə ediblər. Bu isə zalda dəm qazının yaranmasına səbəb olub. Zəhərlənən məktəblilərdən 6-sının vəziyəti ağırdır. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Çuy Ərazi xəstəxanasının direktoru Nurbek Abdraxmanov bildirib, hospitala 4-ü müəllim olmaqla 75 nəfər gətirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png