Qonşu ölkədə koronavirusa yoluxma kəskin artdı

Gürcüstanda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir.

ONN media  xəbər verir ki, son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 196 nəfərin yoluxması barədə məlumat verilib.

Bildirilib ki, son rəqəmlərlə ölkədə koronavirusa yoluxanların sayı 2758 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbindən bu günədək 19 nəfər vəfat edib.