ONN İnformasiya Agentliyi

Qorxunc qəzanın baş verdiyi an – VİDEO

Qorxunc qəzanın baş verdiyi an – VİDEO
22 May 2020 - 22:16

Pakistanın Kəraçi hava limanı yaxınlığında A-320 təyyarəsinin qəzaya düşməsi nəticəsində minimum 90 nəfər dünyasını dəyişib.

ONN media  xəbər verir ki, bu barədə Pakistanın Aviasiya naziri Qulam Sərvər Xan məlumat verib. O bildirib ki, təyyarənin yaşayış evlərinin üstünə düşməsi nəticəsində 5 ev dağılıb və bir neçə avtomobil yararsız hala düşüb.

Pakistanın Mülki Aviasiya İdarəsindən verilən məlumata görə, göyərtədə 91 sərnişin, 7 ekipaj üzvü olub.

Sind əyalət hökumətinin məlumatına görə, qəza zamanı 2 nəfər sağ qalıb.

Qeyd edək ki, Lahor-Kəraçi reysini həyata keçirən A-320 texniki nasazlıq səbəbindən düşüb. Baş Nazir İmran Xan qəza ilə bağlı tədqiqatların başladıldığını elan edib.(qafqazinfo.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png