ONN İnformasiya Agentliyi

“Qüdslə bağlı qərarı dəyişmək üçün əlimizdən gələni edəcəyik”- ƏRDOĞAN

“Qüdslə bağlı qərarı dəyişmək üçün əlimizdən gələni edəcəyik”- ƏRDOĞAN
15 Dekabr 2017 - 19:40

Türkiyə Donald Trampın Qüdslə bağlı qərarının dəyişməsi üçün əlindən gələni edəcək.

ONN media xəbər verir ki, bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib.

R.T.Ərdoğan qərarın ləğvi üçün atılacaq addımı da açıqlayıb. Türkiyəli lider bildirib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq.

R.T.Ərdoğan: “Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuzdur və biz inanırıq ki, ABŞ bu qərarı dəyişəcək”.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin
paytaxtı kimi tanıdığını elan edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png