ONN İnformasiya Agentliyi

Rəisinin Türkiyə səfəri təxirə düşdü

Rəisinin Türkiyə səfəri təxirə düşdü
03 Yanvar 2024 - 21:55

İran Prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə planlaşdırılan səfərini təxirə salıb.

ONN media xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Səfərin təxirə salınmasına səbəb kimi Kirman şəhərində baş verən terror aktı göstərilir.

Xatırladaq ki, Rəisinin Ankaraya səfəri 2023-cü il noyabrın 28-nə planlaşdırılsa da, təxirə salınmışdı.

Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png