ONN İnformasiya Agentliyi

Rəsmi Moskva ABŞ-ı Rusiyanın düşməni adlandırdı

Rəsmi Moskva ABŞ-ı Rusiyanın düşməni adlandırdı
13 Aprel 2021 - 14:46

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ı Rusiyanın düşməni adlandırıb.

ONN media   bildirir ki, ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynadakı vəziyyətlə bağlı açıqlamasına Ryabkov reaksiya verib.

Nazir müavini qeyd edib ki, Moskva Vaşinqtonun Ukraynadakı vəziyyətə görə “intiqam” dolu açıqlamalarını qəbul etmir: “Rusiya öz maraqlarını və Donbassın rusdilli əhalisinin mənafelərini qorumağa davam edəcək. ABŞ-ın bu cür təhdidləri Moskvanı seçilmiş siyasi kursun düzgünlüyünə inandırır. ABŞ bizim düşmənimizdir. Vaşinqton Rusiyanın beynəlxalq aləmdəki mövqeyini pozmaq üçün hər şeyi edir. Onların bizə yanaşmalarında başqa element görmürük”.

Qeyd edək ki, ABŞ Dövlət Katibi A.Blinken açıqlamasında bildirib ki, Moskva təcavüzkar və məsuliyyətsiz hərəkətlərinə davam edərsə, ABŞ Prezidenti Co Bayden sözünü tutacaq və bu, nəticəsini verəcək. Onun sözlərinə görə, Vaşinqton Rusiyanın Ukrayna ilə sərhəddəki hərəkətlərindən ciddi narahatdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png