ONN İnformasiya Agentliyi

“Regiona ABŞ silahı və himayəsi ilə sakitlik gələcəyi fikri tam səhvdir” –İran prezidenti

“Regiona ABŞ silahı  və himayəsi ilə sakitlik gələcəyi fikri tam səhvdir” –İran prezidenti
26 Noyabr 2017 - 17:20

“Bəzi ölkələrin region ölkələrinin  daxili işlərinə qarışmaları problemlərə gətirib çıxarır”

ONN media İRİB-ə istinadən bildirir ki, bu sözlər İran prezidenti Həsən Ruhani ədliyyə, qanun vericilik və icra orqanlarının rəhbərlərinin görüşü zamanı deyib. Ruhani bəzi ölkələr vasitəsi ilə regionda həyata keçirilən avanturist siyasətin arxasında İsrail və ABŞ-ın durduğu barədə çoxlu faktların mövcud olduğunu deyib.

Prezident qeyd edib ki, İran region ölkələrinin öz problemlərini öz aralarında həll etməli olduqlarına inanır: “ Regionun sionistlər və amerikalıların silahları yaxud himayələri vasitəsi ilə sakitlik üzü görəcəyi təsəvvürü tam səhvdir”.

Ruhaninin sözlərinə görə, İran müzakirə masası arxasında problemlərin həll edilməsinə üstünlük verir. O, İran, Rusiya və Türkiyə prezidentlərinin son üçtərəfli görüşünün uğurlu olduğunu bildirib:  “Üç ölkə Suriya böhranının həlli üçün siyasi sahədə yaxşı səylər həyata keçiriblər”. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png