ONN İnformasiya Agentliyi

Repçilərimizə Rusiyada silahlı hücum edildi

Repçilərimizə Rusiyada silahlı hücum edildi
09 Dekabr 2019 - 22:35

Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər.

ONN media xəbər verir ki, 27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər.

“Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina olması barədə məlumat daxil olub. Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub.

Üst geyimlərini belə geyinə bilməyən 500-ə yaxın tamaşaçı küçəyə çıxarılıb.

Oxu.az-ın xəbərinə görə, axtarış nəticəsində binada partlayıcı əşya tapılmayıb.

Repçilər onlara məxsus “Mersedes-Benz” markalı avtomobillə əyləncə mərkəzini tərk elədikdən sonra, “LADA Priora” markalı avtomobillə onları təqib edərək atəş açıblar.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Əliyev Bakıda, Bəkirov isə Samarada doğulub. Onların hər ikisi azərbaycanlıdır.(kult.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png