ONN MEDİA

Rus deputat Rustavi-2-də Tiflisi aşağıladı – Video

Rus deputat Rustavi-2-də Tiflisi aşağıladı – Video
12 İyul 2019 - 15:48

Gürcüstanın Rustavi-2 televiziyasının jurnalisti ilə Rusiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy arasında mübahisə yaşanıb.

ONN media xəbər verir ki, mübahisəyə səbəb jurnalistin Abxaziya və Cənubi Osetiya ilə bağlı Tolstoya verdiyi sual olub. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb və Tolstoy jurnalistə müraciət edərək, “Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstanın olmayacaq”, cavabını verib.

“Bu ölkələrin xalqları daha Gürcüstanda yaşamağa hazırlaşmırlar. Rusiya onların müstəqilliyini müdafiə edəcək. Bura heç vaxt sizin əraziləriniz olmayacaq”, – rus deputat deyib.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP