Rus hərbçiləri Ermənistanda itkin düşdü

Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi itkin düşüb.
ONN media  Ermənistan KİV-inə istinadən xəbər verir ki, hərbi hissənin nümayəndələri iki gündür onların axtarışı ilə məşğuldurlar.
Məlumata görə, itkin düşənlər muzdlu hərbçilərdir.
Qeyd edək ki, 2017-ci ilin aprelində də bu hərbi hissədən hərbçilər itkin düşmüşdü.