Rus hərbi kolonu Moskvaya doğru gedir – Video

Belarusda Rusiya hərbi texnikasının böyük karvanı görüntülənib. Karvan Minskdən Moskva istiqamətində hərəkət edib.

ONN media xəbər verir ki, bu barədə “Motolko” layihəsi Tvitterdə məlumat yayıb.

Qeyd olunur ki, saat 7:00 radələrində Belarusun Borisov şəhəri ərazisində 100-dən çox Rusiya hərbi texnikasının olduğu karvan müşahidə edilib:

“Borisovun yaxınlığında Minskdən Moskva istiqamətində hərəkət edən 100 ədəd “V” işarəli hərbi texnikadan ibarət böyük karvan görünüb. Karvanda “Ural” və “KamAZ”, “UAZ Patriot”, KUNQ, yanacaq daşıyan maşınlar və PAZ avtobusları görünüb”.