Rus ordusu daha bir məntəqəni ələ keçirdi

Rusiya qoşunları Donetskin Soledar yaşayış məntəqəsinin mərkəzinə nəzarəti ələ keçirib.

Bu barədə separatçı “dxr”in rəhbəri Denis Puşilin məlumat yayıb.

“lxr”in milislərinin rəsmisi İvan Filiponenko isə Ukrayna hərbçilərinin Soledardan kütləvi surətdə çıxarıldığını bildirib.

Xatırladaq ki, ötən gündən vaqnerçilər bu şəhərə hücuma keçmişdilər.

Yanvarın 9-da da Baxmutskoye yaşayış məntəqəsi rus ordusu tərəfindən işğal olunub.