ONN İnformasiya Agentliyi

Rus yutuberin zarafatı ağır cəza almasına SƏBƏB OLDU

Rus yutuberin zarafatı ağır cəza almasına SƏBƏB OLDU
19 İyul 2019 - 18:42

“Youtube”-ə yüklədiyi videolar ilə məşhurlaşan rusiyalı fenomen Aleksey Makayev daha fərqli videolar çəkmək məqsədilə Meksikanın Cancun şəhərinə köçüb.

ONN media bildirir ki, uzun müddətdir Meksikada yaşayan fenomen yerli əhaliyə etdiyi zarafatlarla burada da tanınıb.

İki il əvvəl yeni bir video çəkdiyi zaman yersiz zarafatlar səbəbilə meksikalı qrupun hücumuna məruz qalıb. Özünü müdafiə etmək istəyən Makayev əlindəki bıçaqla bir meksikalını öldürüb. hücum zamanı beyni zədələnən Makayev bir müddət komada qalıb. Xəstəxanadan çıxdıqdan sonra isə həbs olunub.

Makayev məhkəmədə sadəcə özünü müdafiə etdiyini və ona ən aşağı cəzanın verilməsini tələb edib. Çərşənbə günü keçirilən məhkəmədə məhkəmə heyəti fenomenə 37 il həbs və 10 min dollar pul cəzası verib.

Bu qərardan sonra rus diplomatlar cəza ilə bağlı çalışma başladıb.

Meksikada həbs cəzasına məhkum olunan fenomen isə Rusiyaya göndərilmə tələbi etmədiyi açıqlanıb. Makayevin cəzasını Meksikada çəkməsi isə ölkədə bir çox insanın etirazına səbəb olub. İnternet istifadəçilərinin başlatdığı imza kampaniyasında Meksikada daimi yaşama icazəsi olan Makayevin ölkədən uzaqlaşdırılması tələb olunur. Kampaniyanı 8 mindən çox insan imzalayıb.(metbuat)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png