Rusiya əhalisinin sayı yarım milyon azaldı

1 yanvar 2023-cü il tarixinə olan məlumata görə, Rusiyada 146 milyondan çox insan daimi yaşayır.

ONN media TASS-a istinadla xəbər verir ki, bu abrədə “Rosstat”ın dərc etdiyi hesabatda qeyd olunub.

Statistika Komitəsindən verilən məlumata görə, son 1 il ərzində ölkə əhalisi 550 min nəfərdən çox azalıb.

Ötən il Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən və ölkədə qismən səfərbərliyin elan edilməsindən sonra rusiyalıların çoxu bu ölkəni tərk edib.