Rusiya bu səbəbdən 7 ilə dağılacaq?

Qərb Rusiyanın dağılması prosesinə hazırlaşmalıdır, hansı ki, SSRİ-nin dağılması ərəfəsində bu, edilməyib.

ONN media xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov deyib.

O bildirib ki, Rusiya zəifləyib və hissələrə bölünmək riski daşıyır, Putinin Çin lideri Si Szinpinlə görüşü də bunu təsdiqləyir:

“Qərb Rusiyanı tanımır və onun fraqmentlərindən qorxur. Lakin proses artıq gedir. Rusiyanın dağılması effektiv olacaq və bu, üç, beş, yaxud 7 il ərzində baş verəcək. Bu, tarixi prosesdir və tarixi dayandırmaq mümkün deyil”.