ONN İnformasiya Agentliyi

Rusiya da beynəlxalq uçuşları bərpa edir – TARİX AÇIQLANDI

Rusiya da beynəlxalq uçuşları bərpa edir – TARİX AÇIQLANDI
10 İyul 2020 - 23:48

Rusiya iyulun 15-dən etibarən xarici uçuşlara qoyulan məhdudiyyətləri tədricən aradan qaldıracaq.

ONN media  xəbər verir ki, bu barədə Baş nazirin müavini Tatyana Qolikova məlumat verib:

“Bu ona görə mümkün olub ki, Rusiyada xeyli müddətdir yeni növ koronavirus infeksiyasına yoluxma halları və xəstəliyin azalması müşahidə olunur”.

Qolikovanın sözlərinə görə, uçuşlar Covid-19-a yoluxma nisbəti hər 100 min nəfərə 40-dan çox olmayan ölkələrlə bərpa olunacaq:

“Həmin ölkələrdə orta sutkalıq yoluxma və yayılma riski 1 faizi keçməməlidir. Bu səbəbdən aviasiya orqanları həmin kriteriyalara cavab verən ölkələri aydınlaşdırmalı və danışıqlar aparmalıdır. Bundan başqa, əlverişsiz epidemioloji vəziyyət olan yerlərdən gələnlər karantinə alınacaq. Həmçinin, Covid-19 testi olmayan sərnişinlərdən test götürüləcək və cavab neqativ olanadək müşahidə altında saxlanılacaqlar”.

Əcnəbi vətəndaşların Rusiyaya gəlmək üçün 3 gün əvvəlcədən alınmış tibbi arayışları da olmalıdır.

Xatırladaq ki, Rusiya martın 27-dən etibarən digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png