ONN İnformasiya Agentliyi

Rusiya Ermənistana ordu yığmaqda kömək edir – Kopırkin

Rusiya Ermənistana ordu yığmaqda kömək edir – Kopırkin
23 Fevral 2021 - 14:42

Rusiya Ermənistana ordu islahatı aparmağa kömək edir.

ONN media xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Səfirin sözlərinə görə, bu mərhələdə Ermənistan rəhbərliyi ilə təmaslar çox yaxın və intensivdir: “Ermənistan və Rusiyanın Müdafiə Nazirlikləri arasında müxtəlif sahələrdə əlaqələr davam edir. Rusiya tərəfi ordunun silahlandırılması və islahatında erməni tərəfdaşlarına köməklik göstərir”.

Bundan əvvəl Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan RİA “Novosti”yə müsahibəsində Gümrüdəki 102-ci Rusiya hərbi bazasından Ermənistanın şərq istiqamətinə hərbi birləşmənin yenidən yerləşdirilməsinin müzakirə olunduğunu demişdi. Qeyd etmişdi ki, bu kontekstdə məsələnin müvafiq birgə araşdırması aparılır.

Səfir Arutyunyanın açıqlamalarını şərh etməyib, yalnız müvafiq məlumatların vaxtında veriləcəyini deyib.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png