Rusiya generalları Belarusa getdi – SƏBƏB?

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi hərbi nümayəndə heyəti Minska gedib.

ONN media xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, səfərin məqsədi Belarus və Rusiya arasındakı ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etməkdir.