Rusiya hərbi təyyarələri İŞİD-in Suriyadakı obyektlərinə zərbələr endirdi

Rusiyanın altı Tu-22М3 bombardmançı təyyarəsi Suriyanın Deyr-əz-Zor vilayətinin Əl-Bukemal şəhəri yaxınlığında İŞİD terror qruplaşmasının obyektlərinə zərbələr endirib.
ONN media-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Bildirilir ki, hədəf nöqtələri kimi terrorçuların dayaq məntəqələri, canlı qüvvə və zirehli texnikasının toplandığı yerlər götürülüb.
“Hərbi vəzifələr yerinə yetirdikdən sonra, bütün Rusiya təyyarələri hava limanlarına qayıdıb”, – nazirliyin məlumatında deyilir.