Rusiya III Dünya müharibəsi BAŞLADIR?

Kreml başa düşməlidir ki, Ukraynanın daha çox ərazisini ələ keçirmək üçün Rusiya qoşunlarının yeni bir hücumu III Dünya müharibəsinə səbəb ola bilər.

ONN media  xəbər verir ki, bu açıqlama ilə Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk çıxış edib.

“Zelenskinin sözlərini eşitdim, Ukraynanın təcavüzü dəf etməyə hazır olduğunu söylədi. Məsələ burasındadır ki, yeddi il üçün hazır olduğunu dedi. Ancaq Rusiyanın nə zaman təcavüzkar ritorikasını reallaşdıracağını söyləmək çətindir. Rusiya birbaşa Ukraynanın suverenliyini təhdid edir. Hər şeyə hazır olmalıyıq. Müharibənin sabah başlayacağını söyləmək mümkün deyil, amma belə ritorika ilə sərhədə bu qədər qoşun cəmləşdirməsi və Donbasdakı aqressiv hərəkətlərinə hazır olmalıyıq”, – Kravçuk qeyd edib. (axar.az)