Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi

Rusiya ilə Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi olub.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak açıqlama verib. O sosial media hesabında qeyd edib ki, əsir mübadiləsi çərçivəsində 106 Ukrayna əsgəri azad edilib. Məlumata görə, azad edilən hərbçilərdən 8-i zabitdir.

Bildirilir ki, əsirlikdən azad edilən ukraynalı hərbçilər Baxmut cəbhəsində döyüşüb. Yermak sərbəst buraxılan hərbçilərin itkin sayıldığını ifadə edib.