ONN İnformasiya Agentliyi

Rusiya “İsgəndər”lərini Ukrayna sərhədinə yerləşdirdi

Rusiya “İsgəndər”lərini Ukrayna sərhədinə yerləşdirdi
09 Aprel 2021 - 9:51

Rusiya Mərkəzi Hərbi Dairəsi 119-cu raket briqadasına məxsus “İsgəndər” əməliyyat-taktiki raket komplekslərini Voronej yaxınlığına yerləşdirib.

ONN media xəbər verir ki, bu barədə Britaniyanın müdafiə və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “Janes” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiyanın quru qoşunlarının 14 bölməsi martın sonlarından etibarən Ukrayna sərhədi yaxınlığına yerləşdirilib, ya da yerləşdirilir.

Mərkəzi Hərbi Dairəsindən tanklar, PDM-lər, 152 mm-lik 2C19 MSTA-S topları, özüyeriyən artilleriya, TOS-1A və 220 mm-lik BM-27 “Urağan” reaktiv yaylım atəş sistemləri ilə təchiz olunmuş 74 və 35-ci briqadalar, 120-ci artilleriya briqadası və 6-cı tank alayının dislokasiyasının həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, dünən “Conflict İntelligence Team” jurnalist araşdırmaları layihəsinin rəhbəri Ruslan Leviyev Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhədi yaxınlığında yeni səhra düşərgəsi yaratdığı ilə bağlı məlumat yaymışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png