Rusiya İzyum istiqamətində hücuma hazırlaşır

İzyum bölgəsində rus işğalçıları yenidən hücuma keçməyə hazırlaşır.

Bunu Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

“Vilayətin ərazisində döyüş əməliyyatları davam edir. Xarkov istiqamətində düşmən əvvəlki günlərdə olduğu kimi, işğal altındakı xətləri saxlamağa və Ukrayna Silahlı Qüvvələrinin daha da irəliləməsinin qarşısını almağa yönəlib. Lakin ordumuz mövqeləri saxlayır və düşmənin irəliləməsinin qarşısını alır”, – Sinequbov bildirib.