Rusiya ordusuna böyük zərbə

Ukrayna Silahlı Qüvvələri ruslara məxsus iki hərbi baza və bir sursat anbarını məhv edib.

ONN media xəbər verir ki, bu barədə Odessa vilayətinin hərbi aministrasiyasının rəhbəri Sergey Bratçuk məlumat yayıb.

Onun sözlərinə görə, məhv edilən bazalardan biri Tokmak (Zaporojye), digəri isə Popasna (Luqansk) şəhərində yerləşir.

Bundan əlavə, Xerson vilayətinin Berislav rayonunda sursat anbarı hədəf alınıb.