ONN İnformasiya Agentliyi

Rusiya peykləri məhv edəcək silah hazırlayır

Rusiya peykləri məhv edəcək silah hazırlayır
07 Yanvar 2018 - 19:58

Rusiya Silahlı Qüvvələri düşmən peyklərini sıradan çıxaran antipeyk silah sistemilə təchiz olunacaq.

“AzeriDefence”nin “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, “Tirada-2S” layihəli antipeyk silah sisteminin yaradılmasına 2001-ci ildə başlanılıb.

“Tirada-2S” antipeyk silah sistemi ən yaxın kosmosda düşmənin əlaqə peyklərini bloklaya biləcək.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Elmi Tədqiqat İnstitutunun rəis müavini Oleq Açasov düşmən peykini yerdən radioelektron vasitə ilə bloklayacaq yeni mobil antipeyk silah kompleksi üzərində işlər görüldüyünü bildirib. “Tirada-2S” antipeyk silah sisteminin 2027-ci ilə qədər hazırlanacağı planlaşdırılıb.

Qeyd edək ki, hələki sistemin yaradılması ilə bağlı başqa məlumat verilimir.

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png