Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alimi təltif edib

Azərbaycanlı Vaqif Kərimov Rusiya Federasiyası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

ONN media xəbər verir ki, o, elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Vaqif Kərimov Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiridir.