Rusiya qırıcısı ABŞ PUA-sı ilə toqquşdu

Rusiyanın Su-27 təyyarəsi ABŞ-nin MQ-9 pilotsuz təyyarəsi ilə toqquşub.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığından bildirilib.

Məlumata görə, insident Qara Dəniz üzərində baş verib.

Vurğulanıb ki, uçuş zamanı Rusiya qırıcısı ABŞ PUA-sının pərvanəsinə toxunub. Toqquşmadan sonra PUA-nın beynəlxalq sulara düşdüyü qeyd olunub.

Hadisənin digər təfərrüatları açıqlanmayıb