Rusiya sərhədlərini bağlayacaq?

Rusiya sərhədlərini bağlayacaq.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Biz buna əminik ki, 65 yaşa qədər kişilərin ölkəni tərk edə bilməməsi üçün sərhədləri mütləq bağlayacaqlar. Bu bir daha göstərir ki, cəbhədə o qədər də işləri yaxşı getmir. Amma Putin bütün Rusiyanı bu müharibədə riskə qoyur, biz bunu yaxşı görürük”, – Danilov qeyd edib.