Rusiya, Türkiyə və İran razılaşdı – SON DƏQİQƏ

Rusiya Soçi şəhərində Rusiya, Türkiyə və İran ordularının Baş qərargah başçıları – Valeri Gerasimov, Hulusi Akar və Məhəmməd Bakiri arasında görüş keçirilib.
ONN media  “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Suriyada İŞİD və “Ən-Nüsra” Cəbhəsinin (“Əl-Qaidə”nin Suriya qanadı – yeni adı “Fəth əl-Şam” – red.) fəaliyyətinə tamamilə son qoymaq üçün konkret addımlar üzərində razılaşıblar.
Gerasimov Suriyada hərbi əməliyyatların aktiv hissəsinin başa çatdığını deyib.
Qeyd edək ki, noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran liderlərinin üçtərəfli sammiti keçiriləcək.