Rusiya-Ukrayna müharibəsində son durum

Ukrayna tərəfi “Toçka-U” raketləri ilə Belqorod şəhərinə zərbələr endirib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov məlumat verib.

“Bu gecə, Moskva vaxtı ilə saat 03:00-dan 3:30-a qədər Ukrayna kasetli mərmilərlə birlikdə “Toçka-U” ballistik raketləri və Tu-143 “Reys” PUA-ları ilə Belqorod və Kursk şəhərlərində hərbi obyektlərin olmadığı yaşayış məntəqələrinə qəsdən zərbələr endirib”, – Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə vasitələri “Toçka-U” raketləri havada məhv edilib.

Bununla yanaşı, vurulan raketlərdən birinin qalığı yaşayış evinə düşüb.

Konaşenkov Kursk istiqamətində də 2 ədəd Tu-143 “Reys” PUA-nın vurulduğunu deyib.