Rusiya Ukraynadan qaz nəqlini bu tarixdə dayandıracaq

2024-cü ildən sonra Ukrayna ərazisindən Rusiya qazının tranziti dayanacaq.

ONN media xəbər verir ki, bunu “Naftoqaz”ın rəhbəri Yuri Vitrenko deyib. Onun sözlərinə görə, bu barədə qərarı Moskva qəbul edəcək.

Vitrenko Rusiya hökumətinin enerji resurslarından geosiyasi silah kimi istifadə etdiyini bildirib. O, Ukraynanın öz təhlükəsizliyini təmin etmək üçün NATO-ya mütləq qəbul edilməli olduğunu söyləyib.