ONN İnformasiya Agentliyi

Rusiya Uranı işə salınacaq?

Rusiya Uranı işə salınacaq?
11 Noyabr 2019 - 14:37

Tehran bazar günü, noyabrın 10-da İranın cənub-qərbində Buşərdə Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun tikintisinə başlayıb.

ONN media xəbər verir ki, bu barədə vitse-prezident, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

İslam Respublikası bu obyekti dünya “nəhənglər”i ilə nüvə sövdələşməsində təsbit edilmiş uranın zənginləşdirilməsinin səviyyəsini artırmaq üçün səbəblərindən biri adlandırıb.

“Öhdəlikləri pozmağa başlayan biz deyilik”, – Salehi qeyd edərək bildirib ki, “birtərəfli yol xəritəsi qismində” birgə əhatəli fəaliyyət planına əməl edə bilməməsinə görə məsuliyyət ABŞ-ın üzərindədir.

Yeni blokun gücü 1000 MVt təşkil edəcək, onun tikintisi 2025-ci ilə qədər başa çatdırılmalıdır.

Buşərdəki AES üçün Rusiyada istehsal olunan uran istifadə olunur. Bu proses Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png