ONN İnformasiya Agentliyi

Rusiya və Qazaxıstan arasında gərginlik?

Rusiya və Qazaxıstan arasında gərginlik?
19 İyun 2022 - 19:28

ONN İnformasiya Agentliyi Rusiya mediasına istinadən xəbər verir ki, 19 iyun tarixindən Rusiya Qara dəniz sahilindəki Novorossiysk limanından Qazaxıstan neftinin daşınmasını dayandırıb. Rusiya rəsmi səbəb kimi, İkinci Dünya Müharibəsindən Qara dənizdə partlamamış torpedaların və minaların zərərsizləşdirilməsi üzərində işlərin aparılması ilə əlaqələndirir. Və bu prosesin ən azı ayın sonuna kimi neft daşınmalarının dayandırılacağı bildirilir.

Qazaxstan tərəfi isə, öz növbəsində Rusiya kömürünün öz ərazisində tranzitini dayandırıb.

Xatırladaq ki, bu günlərdə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev DNR və LNR-i tanımayacaqları haqqında kəskin mövqe sərgiləmişdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png