ONN İnformasiya Agentliyi

Rusiya və Çin ABŞ-a görə hərəkətə keçdi – TƏCİLİ İCLAS

Rusiya və Çin ABŞ-a görə hərəkətə keçdi – TƏCİLİ İCLAS
21 Avqust 2019 - 8:57

Rusiya və Çin ABŞ-ın raket sınaqlarına görə BMT-nin Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.

ONN media xəbır verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərinin müvəqqəti icraçısı Dmitri Polyanski məlumat verib.

Qeyd edilir ki, növbədənkənar iclas avqustun 21-də axşam saatlarında keçirilməlidir.

Qeyd edək ki, ABŞ bazar günü Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə daha əvvəl qadağan edilmiş yerüstü qeyri-nüvə qanadlı raketi sınaqdan keçirib. Pentaqonun açıqlamasına görə, raket 500 kilometrdən çox uçaraq hədəfi müvəffəqiyyətlə vurub.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi polkovnik-leytenant Robert Karverin açıqlamasına görə, sınaqdan keçirilmiş qanadlı raket “Tomaqavk” raketinin variantı idi.

Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə avqustun 2-də rəsmən qüvvədən düşüb. ABŞ bildirib ki, məhz Rusiya tərəfindən pozulmasına görə müqavilədən çıxıb. Moskva isə dəfələrlə bəyan edib ki, müqavilə çərçivəsində hərəkət edir.

Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi. “Tomaqavk” raketləri də müqavilə üzrə məhv edilməli idi.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png