ONN İnformasiya Agentliyi

Rusiya və Türkiyə arasında tarixi imzalar ATILDI

Rusiya və Türkiyə arasında tarixi imzalar ATILDI
29 Dekabr 2017 - 14:33

S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması barədə Türkiyə və Rusiya arasında müqavilə Ankarada imzalanıb.

ONNmedia xəbər verir ki, bu haqda Türkiyənin “Milliyyət” nəşri yazıb.

Qeyd edək ki, Rusiyanın müdafiə sənayesi şirkəti olan “Rostex”in baş direktoru Sergey Çemezov S-400-lərin 2019-ci ilin sonunda Türkiyəyə göndəriləcəyini ötən həftə açıqlamışdı.

O həmçinin qeyd edib ki, Türkiyəyə dəyəri 2,5 milyard dollar olan 4 divizion S-400 zenit-raket kompleksi çatdırılacaq.

“İki ölkə arasında S-400-lərin əldə olunmasına dair danışıqlar yekunlaşıb. Müqaviləyə əsasən, ümumi məbləğin ilkin 45 faizi avans kimi, digər 55 faizi isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək”, – Çemezov qeyd etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png