Rusiya və Türkiyə bizi xilas edəcək – Prezident

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin düşdüyü iqtisadi vəziyyəti Türkiyənin də daxil olduğu konsorsium ilə aradan qaldıracaqlarını bildirib.
ONN media Axar.az-a istinadən xəbər verir ki, Maduro bu barədə ölkəsinin rəsmi telekanalında xalqa müraciəti zamanı deyib.
“Türkiyə, Rusiya və Çinin daxil olduğu konsorsiuma girərək, böhrandan çıxacağıq”, – Maduro bildirib.
Maduro həmçinin ölkəsinin defolt elan olunmayacağını da vurğulayıb.