Rusiya xüsusi xidmət orqanları ABŞ cəsusunu ifşa etdi

ONN media “Qafqazinfo” ya istinadən xəbər verir ki, Rusiya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) cəsusluq edən norveçli şəxsi saxladığını açıqlayıb.

Məlumatda bu barədə məlumatı Norevçin NRK telekanalı məlumatın yaydığı bildirilir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həmin şəxsin Rusiya donanmasına aid gizli məlumatları ABŞ-a ötürdüyünü üzə çıxarıb.

Məlumatı Norveç Xarici İşlər Nazirliyi də təsdiqləyib. Cəsusun 60 yaşlı olduğu bildirilsə də, kimliyi açıqlanmayıb. Onun daha öncə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatında çalışdığı bildirilib.