Rusiya yenidən səfərbərliyə hazırlaşır?

Ukraynanın Xarkov vilayətinin Kupyanski rayonunun Tavoljanka ərazisində rus ordusu yol infrastrukturunu, minalanmış körpüləri, bəndləri və keçidləri dağıtmağa hazırlaşır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, Rusiyanın Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində gizli səfərbərliyə hazırlaşdığı bildirilib:

“Xüsusilə, Qorlovka şəhərində bütün büdcə və bələdiyyə qurumlarına ehtiyatda olan şəxslərin siyahılarını hərbi komissarlığa təqdim etmək tapşırılıb. Bütün bu şəxslərə düşmənin xüsusi komissiyaları baxacaq, ardınca düşmən sıralarında hərbi xidmətə çağırılacaq”.